AZ

“ABŞ-ın Raketdən Müdafiə Sistemi Husilərin raketini vura bilmədi”


“The Times of Israel” yazır ki,bir həftə ərzində ikinci dəfədir ki, THAAD Husilərin raketini vura bilmir. Mayın 4-də baş verən hücum zamanı həm İsrailin Arrow sistemi, həm də Husilərin raketi Ben Qurion hava limanı ərazisində partlayıb. “The Times of Israel” təhlükəsizlik mənbəsinə istinadən xəbər verir ki, ABŞ-ın Yüksək Hündürlük Ərazisindən Müdafiə (THAAD) raket əleyhinə sistemi Yəməndən İsrailə atılan Husilərin ballistik raketini vura bilmədi. Mənbə bildirib ki, bu, bir həftə ərzində ikinci dəfədir ki, THAAD hədəfiəldən verir. İsrailin Ynet portalı yazır ki, mayın 4-də THAAD Yəmən Husi raketini əldən qaçırıb. Daha sonra “The Times of Israel”in yazdığına görə, İsrailin Arrow raketdən müdafiə sistemi də işləməyib və Husilərin raketi Təl-Əvivin Ben Qurion hava limanının ərazisində partlayıb. İsrail Müdafiə Qüvvələri (IDF) yerli vaxtla saat 16:22-də Yəməndən raketin atıldığnın aşkar edildiyini bildirib. Bunun ardınca İsrailin mərkəzində hava hücumu sirenləri səslənib. İsrail Müdafiə Qüvvələritezliklə raketin hava hücumundan müdafiə sistemləri tərəfindən müvəffəqiyyətlə tutulduğunu elan etdi. “The Times of Israel”in məlumatına görə, dağıntı və tələfat barədə məlumat yoxdur. "Husilər isə İsrailə İran raketləri atmağa davam edir. Söz verdiyimiz kimi, Yəməndə və lazım olan hər yerdə husilərəqətiyyətli cavab verəcəyik", - deyə İsrailin müdafiə naziri İsrael Katz zərbələri şərh edib.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr