“Real”ın hücumçusu Vinisius Junior Madrid klubu ilə yeni müqavilə imzalayıb.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, mövsümün sonunda braziliyalı ilə sözləşmənin daha 2-3 il uzadılması ilə bağlı açıqlama veriləcək. Hazırkı müqavilə 2027-ci ilin iyun ayına qədər qüvvədədir. “Transfermarkt” portalı oyunçunun dəyərini 200 milyon avro qiymətləndirir.
24 yaşlı braziliyalı bu mövsüm bütün turnirlərdə 46 matçda 20 qol vurub və 14 məhsuldar ötürmə edib.