"Real Madrid"in braziliyalı futbolçusu Junior Vinisius gələcək karyerası ilə bağlı qərar verib.
"Real Madrid"in braziliyalı hücumçusu Junior Vinisius Kral klubu ilə yeni müqavilə ilə bağlı razılığa gəlib.
Operativ Media xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.
Razılığa əsasən Vinisiusla 2029-cu ilə kimi yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Vinisius bu mövsüm "Real Madrid" forması ilə 46 oyuna çıxıb, 20 qol vurub, 14 assist edib.