"Real"ın hücumçusu Vinisius Junior Madrid klubu ilə yeni müqavilə imzalayacaq.
Publika.az xəbər verir ki, bu barədə "Cadena SER" radiosu məlumat yayıb.
Mövsümün sonunda braziliyalı ulduz ilə müqavilənin daha 2-3 il müddətinə uzadılması ilə bağlı açıqlama veriləcək. Hazırkı sözləşmə 2027-ci ilin iyun ayına qədər qüvvədədir. Klub Vinisiusun maaşını da artırıb.
Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun dəyərini 200 milyon avro olaraq qiymətləndirir.