AZ

2028-ci ildə Azərbaycanda 160 MVt gücündə günəş elektrik stansiyası istismara veriləcək

Bakı. Trend:

Energetika Nazirliyi, “PowerChina Resources Limited” və “SOCARGreen” MMC arasında 160 MVt gücündə günəş elektrik stansiyasılayihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinədair imzalanmış İcra Müqaviləsi mübadilə edilib.

Trend xəbərverir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Sənədə görə, layihənin həyata keçirilməsi üçün xüsusi layihəşirkətinin və Rəhbər Komitənin yaradılması nəzərdə tutulur. Sənəddəlayihənin texniki-iqtisadi əsaslandırılması, layihələndirilməsi,maliyyələşdirilməsi, tikintisi, istismarı və texniki xidməti kimiistiqamətlər əks olunub.

Energetika Nazirliyinin layihə üçün torpaq sahəsinin ayrılması,müvafiq icazələrin verilməsi və yerli resurslardan istifadəolunmasına dəstək göstərməsi planlaşdırılır. Layihə, həmçiningələcəkdə batareya enerji saxlanc sisteminin inteqrasiyasıimkanlarını da nəzərdən keçirir.

2028-ci ildə istismara verilməsi planlaşdırılan stansiyada illiktəxminən 332 milyon kilovat-saat elektrik enerjisi istehsalıproqnozlaşdırılır. Bu isə ildə 73 milyon kubmetr həcmində təbiiqaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160min ton azaldılması deməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsindəəməkdaşlığa dair 6 sənəd imzalanıb.

Bildirilib ki, bu sənədlər ümumilikdə 260 MVt gücündə günəşelektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası,30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündəkülək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerjivə elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığıəhatə edir.

Seçilən
24
az.trend.az

1Mənbələr