AZ

Çin şirkəti ilə "Böyükşor" üzən günəş elektrik stansiyasının istismar işləri həyata keçiriləcək

Bakı. Trend:

Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd”və “SOCAR Green” MMC arasında müqavilə imzalanıb.

Trend xəbərverir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, sənədə görə Böyükşor gölündə 30 MVt gücündəbatareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən günəşelektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı vəhəyata keçirilməsi ilə bağlı İcra müqaviləsinə müvafiq olaraqyaradılacaq layihə şirkəti vasitəsilə texniki-iqtisadiəsaslandırma, layihələndirmə, maliyyələşdirmə, tikinti, istismar vətexniki xidmət işləri həyata keçiriləcək.

“China Datang Overseas Investment Co. Ltd” şirkəti əsas investorkimi çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsindəəməkdaşlığa dair 6 sənəd imzalanıb.

Bildirilib ki, bu sənədlər ümumilikdə 260 MVt gücündə günəşelektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası,30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündəkülək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerjivə elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığıəhatə edir.

Seçilən
19
az.trend.az

1Mənbələr