ABŞ prezidenti Donald Tramp ilk 100 gündə sülhməramlı missiyasını yerinə yetirdiyini bəyan etmək üçün aprelin 30-dək Rusiya ilə Ukrayna arasında müqavilə imzalamaq istəyir. Vətəninfo.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Bundan əvvəl “The Washington Post” (WP) ABŞ-ın Ukrayna və Avropa İttifaqına Krımın Rusiyanın bir hissəsi kimi tanınmasını və hərbi əməliyyatların dayandırılması şərti kimi hazırkı hərbi əməliyyatlar xəttini dondurmasını təklif edəcəyini yazıb.