Braziliyalı futbolçu Vinisius Junior karyerasını "Real"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, "kral klubu" onunla 5 illik yeni müqavilə imzalayacaq. 

Bu barədə "La Ser" portalı məlumat yayıb.

Yeni sözləşmə ilə birlikdə Vinisius barədə mübahisələrə son qoyulacaq. Onun adı tez-tez Səudiyyə Ərəbistan klubları ilə hallanırdı.

24 yaşlı futbolçu cari mövsümdə 46 oyunda 20 qol vurub və 14 məhsuldar ötürmə edib.