AZ

"Qarabağ": “Onun müqaviləsi 2 illik artırılıb”

Son zamanlar mövsümün sonunda Kevin Medinanın "Qarabağ"dan ayrılacağına dair məlumatlar yayılmaqdadır.

Buna səbəb müdafiəçinin müqaviləsinin sona çatması, yeni anlaşmaya imza atmaması göstərilir.

Medinanın son 4 matçda ehtiyatda qalması şübhələri bir qədər də artırıb.

Lakin "Neftçi" ilə oyundan sonra "Qarabağ"ın baş Qurban Qurbanov bu cür söhbətlərin reallığı əks etdirmədiyini, Kevinin "Qarabağ"la daha 2 illik müqaviləsi olduğunu deyib.

Məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik.

Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən "Qarabağ"ın sözçüsü Qurban Qurbanovun dediklərini təsdiqlədi:

"Bəli, Qurban müəllimin dediyi kimi, Medinanın "Qarabağ"la daha 2 il müqaviləsi var.

Onun anlaşması bu mövsümün ilk yarısında artırılıb, müqaviləsi 2027-ci ilin yayında bitəcək".

Seçilən
6
sportinfo.az

1Mənbələr