AZ

Emin Mahmudov premyer-liqanı Türkiyə superliqasına dəyişə bilər – qardaş ölkədən təklif var!

Emin Mahmudov bu mövsümün sonunda “Neftçi”dən ayrıla bilər.

“Football-plus.az”a verilən məlumata görə, təcrübəli futbolçunun xidmətində maraqlı olan bir neçə klub var. Siyahıda yenicə superliqaya vəsiqə qazanan “Kocaelispor”un da adı yer alıb.

Bölgə təmsilçisi Eminə “Neftçi”dən daha çox maaş və 2 illik müqavilə təklif etmək niyyətindədi. Sövdələşmə baş tutsa, yarımmüdafiəçi ən qısa vaxtda yayda qardaş ölkəyə yollanmaq məqsədi ilə hazırlığa başlayacaq.

Xatırladaq ki, Eminin “ağ-qaralar”la müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. O, cari “futbol ili”ndə “Neftçi”nin heyətində 3-ü ölkə kubokunda, 18-i premyer-liqada olmaqla 21 oyun keçirib. Futbolçu bu görüşlərdə 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

KƏNAN BAHADIR

Seçilən
35
27
football-plus.az

10Mənbələr