Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək.
Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Müzakirə zamanı deputat Səyyad Salahlı deyib ki, abidələrin bir çoxu uçub-dağılır.
Spiker Sahibə Qafarova isə deputatın çıxışına etirazını bildirib. Qeyd edib ki, abidələrin hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, mütləq biznesmenlərə verilsin? Deyə əlavə edib.
Millət vəkili Vüqar Bayramov isə qeyd edib ki, büdcə qanunvericiliyində və dövlət satınalmalarında pozuntu sayının artması müşahidə olunur. Deputat Fazil Mustafa deyib ki, dövlət qulluğu müsabiqəsinin müsahibə mərhələsində çatışmazlıqlar var.
Bundan başqa, hesabatın müzakirəsi zamanı bildirilib ki, hesablama Palatasının hesabatında mühüm siqnallar var.
Deputat Müşfiq Məmmədlinin sözlərinə görə, son illərdə Sumqayıt Tibb Mərkəzi, Gəncə Birləşmiş Xəstəxanası və Kliniki Tibbi Mərkəzdə aparılan uyğunluq auditi nəticəsində bir-birini təkrarlayan pozuntuların şahidi oluruq. Çarpayı sayının eyni qalması və yaxud azalması fonunda ştat sayının kəskin artımı, nəzərdə tutulmayan vəzifələrin müəyyən edilməsi ilə dövlət vəsaitinə əlavə tələbat yaradılması halları var, - deyə deputat qeyd edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: