AZ

“Fənərbağça” Cekonu göndərir

“Fənərbağça” hücumçusu Edin Ceko ilə vidalaşmaq üzrədir.

İdmanxeber-ın məlumatına görə, futbolçunun müqaviləsi yayda başa çatacaq. Onunla yeni sözləşmə imzalanmır.

Ceko 2023-cü ilin yayından “Fənərbağça “da çıxış edir. Təcrübəli hücumçu bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 19 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
41
idmanxeber.az

1Mənbələr