AZ

Kreml: Ukrayna səmimidirsə, maneələri aradan qaldırmalıdır

Rusiya Ukraynanın danışıqlara əngəl olan maneələri hüquqi yolla aradan qaldırması üçün addımlar atmalı olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama yayıb.

O bəyan edib ki, Ukrayna administrasiyası bu məsələdə ciddiliyini göstərmək üçün üç il əvvəl tətbiq etdiyi qadağanı ləğv etməlidir.

Peskov Rusiya prezidenti Vladimir Putinin Moskvanın danışıqlara hazır olduğunu dəfələrlə bəyan etdiyini vurğulayıb:

“Biz ilk növbədə Kiyevin mülki hədəflərə hücumları dayandırmaq təklifi ilə bağlı məsləhətləşməliyik. Pasxa atəşkəs təcrübəsi nəzərə alınmaqla mülki hədəflərə hücumların dayandırılması məsələsi müzakirə edilməlidir. Biz başa düşməliyik ki, Ukrayna bu cür hücumları həyata keçirməməyə hazırdır. Bu təşəbbüsü müzakirə etmək məqsədilə Kiyev Rusiya ilə danışıqlara qoyulan qadağanı aradan qaldırmaq üçün addımlar atmalıdır”.

Seçilən
16
50
publika.az

10Mənbələr