AZ

Xameneyi ABŞ ilə danışıqlar barədə: "İran nə həddindən artıq optimistdir, nə də bədbin"

İranın ali rəhbəri Əli Xameneyi ötən həftə Omanda keçirilən Tehran-Vaşinqton danışıqlarından söz açıb.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
 
O bildirib ki, bu müzakirələr İran Xarici İşlər Nazirliyinin onlarla vəzifələrindən biridir.
 
Xameneyi danışıqları ilkin mərhələdə uğurlu addım adlandırıb.
 
"İran danışıqlarla bağlı nə həddən artıq optimist, nə də həddən artıq bədbindir", - deyə o bildirib.
 
Xameneyi İranla bağlı məsələləri mütləq nüvə danışıqlarına bağlamamağa çağırıb və qeyd edib ki, əvvəlki qarşılıqlı fəaliyyətlər zamanı buraxılan səhvlər təkrarlanmamalıdır.
Seçilən
43
1
moderator.az

2Mənbələr