
ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Donald Trampın Ukraynadakı münaqişənin necə bitəcəyi ilə bağlı detallara fikir vermədiyini və bundan Kiyevin zərər görəcəyini iddia edib.
Bolton Trampın vəzifəyə gəldikdən sonra müharibəni ən qısa zamanda bitirmək istədiyini, lakin istənilən “təcili həll”in hansı şərtlər altında reallaşacağı ilə maraqlanmadığını bildirib. Bu vəziyyətin Ukrayna üçün “pis xəbər” olduğunu vurğulayan Bolton, Rusiya prezidenti Putinin münaqişənin dayandırılmasını istədiyini və uzunmüddətli atəşkəs nəticəsində mövcud sərhədlərin yeni sərhəd xəttinə çevrilə biləcəyini iddia edib.
Tramp seçki kampaniyası zamanı dəfələrlə bəyan edib ki, o, Ukraynadakı münaqişəni bir gündə bitirmək niyyətindədir, lakin onun müşavirləri bu prosesin aylar və ya daha çox çəkə biləcəyini proqnozlaşdırırlar. Digər tərəfdən, Ukrayna prezidenti Zelenski Trampın münaqişəyə son qoymaq istədiyini bildirib və Ukraynaya “real təhlükəsizlik zəmanəti” verə biləcəyinə ümid etdiyini bildirib. Kiyev NATO-ya üzvlük tələbini bir daha təkrarlayıb və belə bir üzvlüyün yalnız Ukraynanın nəzarətində olan ərazilərə şamil ediləcəyini bildirib. Ancaq Trampın müşavirlərinin NATO-ya üzvlüklə bağlı dəstəyi məhduddur və Rusiyanın da bu məsələyə qarşı olduğu məlumdur.
TAHİR