“Ukrayna Kursk bölgəsinə böyük miqdarda NATO texnikası gətirir”.
Turkustan.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, qismən işğal olunmuş Rusiya regionunda (Kurskda – red.) Ukrayna Silahlı Qüvvələrinin texnikasının irimiqyaslı hərəkəti qeydə alınıb.
Həmçinin bildirilir ki, ən elit bölmələrdən biri – Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin (SSO) 73-cü alayı Sudja yaxınlığını tərk edib. Bundan əlavə, Rusiya şəhəri yaxınlığında üç batalyon taktiki qrupu yaradılır. /globalinfo.az/