Bakı. Trend:
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləriəməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində rabitədirəklərindən kommunikasiya naqilləri oğurlayan Yavər Əskərov vəRahim Qasımov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilənməlumata görə, adıçəkilən şəxslərin rabitə dirəklərindən 18000manat dəyərində 4995 metr kommunikasiya naqillərini kəsərək əlvanmetalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyənedilib.
Faktla bağlı cinayət işi başlanıb, Y.Əskərov və R.Qasımovbarəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.