AZ

Mask Almaniyanın milliyətçi AFD partıyası rəhbəri ilə tok-şou keçirə bilər

Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədrivə Almaniya kanslerliyinə namizəd Elis Vaydelin komandası amerikalı sahibkar İlon Maskla tok-şou keçirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” qəzetinə siyasətçinin nümayəndəsi Daniel Tapp mlumat yayıb.

“Vaydelin komandası Musk komandası ilə daimi əlaqə saxlayır. İlon Mask AfD partiyasının proqramı ilə bir neçə ay əvvəl maraqlanmağa başlayıb”, - partiyanın həmsədrinin nümayəndəsi bildirib.

Tapp əlavə edib ki, hazırda Vaydel və Mask arasında şəxsi telefon danışığı və ya görüş olmayıb. Ancaq o, bunun tezliklə dəyişə biləcəyini söyləyib.Xüsusilə, kansler namizədinin komandası "X" sosial şəbəkəsində onlayn yayımlanacaq bir növ tok-şou keçirmək imkanını müzakirə edir.


Müəllif: Arzu
Seçilən
141
46
teleqraf.com

10Mənbələr